"Elon Musk"ın Tesla şirkəti Silikon Vadisindən ayrıldı -

Texnologiya dünyasının fenomenlərindən olan "Elon Musk"ın 2004 -cü ildə qurduğu Tesla şirkəti cəmi 6,5 milyon dollar sərmayə ilə liderlik kürsüsünü yüksəldi. İndi bu şirkət Silikon Vadisinin bir hissəsi olmayacaq.

Metbuat.az xəbər verir ki, dünyanın ən böyük avtomobil şirkəti yüksək vergilər və yüksək yaşayış xərcləri səbəbindən Kaliforniyadan Texasa köçmək qərarına gəldi. Yeni qərargahı, avtomobil və akkumulyator fabrikinin tikildiyi Texas ştatının Austin şəhərində olacaq.

Qeyd edək ki, Silikon Vadisinin yerləşdiyi Kaliforniya əyaləti bütün dünyada yeni fikirlərin cücərdiyi bir yer kimi görünsə də, vergi siyasəti olduqca sərtdir. Bu səbəbdən əvvəllər "Facebook "a məxsus "Oracle" , "HP" və "Toyota Motors" da şirkətlərinin qərargahlarını Texasa köçürdülər. Texas artıq vergi dərəcələrinin aşağı olması səbəbindən şirkətlər üçün cazibədar bir mərkəzə çevrilib.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR