Monteneqro Telman İsmayılovun saxlanılması ilə bağlı Rusiyanı məlumatlandırıb

Monteneqro hakimiyyəti iş adamları İqor Çuyan və Telman İsmayılovu saxladıqları barədə Rusiya tərəfini rəsmi olaraq məlumatlandırıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Podqoris şəhərindəki səfirliyindən bildirilib.

İqor Çuyan Rusiyanın Alkoqollu İçkilərin İstehlakının Tənzimlənməsi Agentliyinin keçmiş başçısı, Azərbaycan əsilli Telman İsmayılov isə Moskvadakı Çerkizov bazarının keçmiş direktorudur.

Bir müddət əvvəl onların ekstradisiyası ilə bağlı Rusiya Baş Prokurorluğunun Monteneqroya müraciət edəcəyinə dair xəbər yayılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR