Avstriya kansleri istefa verdi

Avstriyanın Federal Kansleri Sebastian Kurts vəzifəsindən istefa verib.

Metbuat.az-ın məlumatına görə, bu barədə Kurts yerli KİV-ə açıqlamasında bildirib.

Kurts bildirib ki, Korrupsiya ilə Mübarizə üzrə Prokurorluğunun araşdırması fonunda vəzifəsindən istefa verib.

Onun sözlərinə görə, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq müvəqqəti olaraq kansler vəzifəsini icra edəcək.

Keçmiş kansler Avstriya Xalq Partiyasının lideri və parlament üzvü olaraq qalacağını qeyd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Sebastian Kurts və onun yaxın ətrafına qarşı İqtisadi Cinayətkarlıq və Korrupsiyaya qarşı Prokurorluq tərəfindən ağır ittihamlar irəli sürülüb. Müstəntiqlər Kurtsun başçılıq etdiyi Avstriya Xalq Partiyasının qərargahında, federal kanslerin ofislərində axtarışlar aparıblar. Xüsusilə kanslerin rəsmi nümayəndəsinin, media ilə iş üzrə səlahiyyətli müşavirinin kabinetlərindəki sənədlər araşdırılıb.

Kurts partiyası və özünün siyasi fəaliyyətinə dair müsbət ruhlu məqalələrin dərci üçün rüşvət verməkdə ittiham olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR