Banklar dollarla bağlı NİYƏ məhdudiyyət

Son zamanlar bəzi banklara məxsus bankomatlarda ABŞ dolları ilə kartlara mədaxil xidmətinə məhdudiyyət qoyulub.

Metbuat.az xəbər verir ki, iqtisadçı ekspert Fuad İbrahimov bunun müvəqqəti xarakter daşıdığını bildirib. Onun sözlərinə görə, məhdudiyyətlərə səbəb kimi saxta əskinasların bankomatlara mədaxil edilməsi faktlarının artması göstərilsə də, əslində belə deyil. Ekspert bildirib ki, bankomatlar saxta əskinasların qəbul edilməməsi üçün müasir texniki cihazlarla təchiz olunub. Fuad İbrahimovun sözlərinə görə, milli valyutanın utilizasiyası ilə bağlı Mərkəzi Bank tərəfindən tədbirlər görülür. ABŞ dollarının utilizasiyası isə ölkə hüdudlarından kənarda icra edilir və bu proses baha başa gəlir.

Qeyd edək ki, Mərkəzi Bank tərəfindən cari ilin doqquz ayı ərzində yararsız vəziyyətdə 271 ədəd milli və 125 ədəd xarici valyutada pul nişanı aşkar olunaraq dövriyyədən çıxarılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR