Xoşqədəm Hidayətqızına da vəzifə verildi -

Xoşqədəm Hidayətqızı ARB telekanalında yaradıcılıq məsələləri üzrə müşavir təyin edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya "ARB Media Qrup”un mətbuat xidmətinin rəhbəri Mail Əsgərov açıqlama verib.

Eyni zamanda tamaşaçıların səbrsizliklə gözlədiyi Xoşqədəm Hidayətqızının təqdimatında "Səni axtarıram” verilişi də tezliklə ARB-də yayımlanacaq.

"Televiziya məkanında 12 ilin ən reytinqli verilişi olan "Səni axtarıram” öz vaxtında, həftə içi 5 gün, saat 16:00- da fərqli üslubda tamaşaçılara təqdim olunacaq”, deyə Mail Əsgərov bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR