Telman İsmayılovla bağlı materiallar Monteneqroya verildi

Rusiyanın Monteneqrodakı səfirliyi milliyətcə azərbaycanlı iş adamı, “Çerkizov” bazarı və “Praqa” restoranının keçmiş sahibi Telman İsmayılovun ekstradisiyası üçün lazım olan materialları bu ölkənin istintaq orqanlarına təqdim edib.

Metbuat.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Rusiya Baş Prokurorluğu oktyabrın 15-də onun ekstradisiyasını istəyib.

Xatırladaq ki, Telman İsmayılov oktyabrın 1-də Monteneqroda saxlanılıb. O, 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Telman İsmayılov iki sahibkarın qətlində ittiham olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR