Brüsseldə vacib toplantı keçirilir

Brüsseldə NATO ölkələrinin Müdafiə Nazirləri bir araya gəlib.

Metbuat.az xəbər verir ki, hərbi alyansın Baş katibi Yens Stoltenberq açılış çıxışında müttəfiq ölkələrin bacarıqlarının artırılması üçün bu toplantıda qərarların qəbul olunacağını ifadə edib. Onun açıqlamasına görə, nazirlər Balkanlar, Avropa və Atlantik bölgəsinin müdafiəsi üçün lazımi qüvvələrin lazımi vaxtda olmasını təmin edəcək əhatəli plan üzərində razılığa gələcək.

Yens Stoltenberq planın detalları barədə ətraflı məlumat verməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR