x
Loading...

Bakıda 69 yaşlı şəxs itkin düşdü

Yevlax rayonunda qeydiyyatda olan 69 yaşlı Səlim Səlimov 2021-ci il sentyabrın 26-da paytaxtın Nəsimi rayonu ərazisində itkin düşüb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

"Həmin gün onun əynində üzərində boz nöqtələri olan qara rəngli köynək, qara rəngdə şalvar, göy rəngdə ayaqqabı olub. Ağ saçlı, dişləri seyrəkdir, qüsurlu danışır, çilə barmaqlarının hər ikisində ət xalı var.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin Nəsimi Rayon Polis İdarəsinə (012) 440-02-02 şəhər və (051) 300-03-00 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - Mətbuat Xidmətindən bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR