İtaliyada azərbaycanlı gənc rəssamın əsəri nümayiş olunub -

Florensiyanın məşhur Fortezza Da Basso qalareyasında 13-cü beynalxalq rəsm sərgisi start götürüb.

Metbuat.az xəbər verir ki, açılış mərasimdə tanınmış incəsənət nümayəndələri və Florensiyanın rəsmi şəxsləri iştirak ediblər. Tədbirdə 40-dan artıq ölkənin 460 nümayəndəsinin 1000-ə yaxın əsərləri nümayiş olunur. Sərgi elə ilk gündən zövqləri oxşayan əsərlərlə ziyarətə gələnlərin diqqətini cəlb edib.

Bu mötəbər incəsənət yarışmasında ölkəmizi Milan Rəssamlıq Akademiyasının ilk azərbaycanlı məzunu Elay Məmmədov təmsil edib. AR Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə sərgiyə qatılan gənc rəssamımız gizli üslubda yağlı boya ilə çəkdiyi "Domesticated Red" əsərini nümayiş etdirib. Fəlsəfi bir təxəyyülün məhsulu olan əsər hamı tərəfindən rəğbətlə qarşılanıb. Elaya media dəstək Neapol-Baki Assosiasiyası tərəfindən göstərilir.

Qeyd edək ki, tədbir oktyabrın 31-də başa çatacaq. Oktyabrın 28-dən isə Elay Məmmədovun daha bir rəsmi Torino beynəlxalq sərgisində nümayiş olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR