LDU ilə ADMİU arasında Anlaşma Memorandumu

LDU ilə ADMİU arasında Anlaşma Memorandumu imzalanıb.

Metbuat.az xəbər verir ki, oktyabrın 25-də Lənkəran Dövlət Universiteti (LDU) ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) arasında Anlaşma Memorandumun nimzalanması mərasimi keçirilib.

Hər iki ali təhsil ocağında mədəniyyət və incəsənət sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, təhsil, elm və təcrübənin uzlaşdırılması, elmi-pedaqoji fəaliyyətlərin əlaqələndirilməsi məqsədi daşıyan Memorandumun imzalanmasına həsr olunan mərasimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, prof.Ceyran xanım Mahmudova açıb. Lənkəran Dövlət Universiteti ilə ADMİU arasında son illərdə yaranan yarananəməkdaşlıq əlaqələrinin genişləndirilməsinin hər iki ali təhsil ocağı üçün faydalı olduğunu bildirən C.Mahmudova universitetin müəllim və tələbə heyətinin Lənkəran Dövlət Universitetinə olan işğüzar səfərlərinin səmərəli olduğunu xüsusi vurğulayıb.

Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov çıxışında LDU-da son illərdə görülən işlərdən, açılan yeni ixtisaslardan söz açıb. Bildirib ki, musiqi və təsviri incəsənət müəllimliyi ixtisasları üzrə ADMİU ilə birgə tələbəhazırlığı LDU-nun tələbə və müəllimləri üçün faydalı olacaq. Bu səbəbdən də LDU ADMİU-nun bu ixtisaslar üzrə tədris planlarını tədbiq etmək, tələbə-müəllim mübadiləsini həyata keçirmək, bu sənət ocağının böyük təcrübəsindən yararlanmaq niyyətindədir.

Qeyd edək ki, Anlaşma Memorandumunu Lənkəran Dövlət Universitetininadından rektor Natiq İbrahimov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti adından rektor Ceyran Mahmudova imzalayıblar.

İmzalanan Memoranduma əsasən tərəflər bundan sonra mədəniyyət və incəsənət sahəsində kadr hazırlığı ilə bağlı fəaliyyətlərini əlaqələndirəcək, ikili diplom təhsilinin təşkilini təmin edəcək, tədris proqramlarının, dərs vəsaitlərinin hazırlanması, müəllim və tələbə mübadiləsi sahəsində əməkdaşlıq, birgə elmi tədqiqatların aparılması, yaradıcılıq üzrə müsabiqə və baxışların, seminarların təşkilini təmin edəcəklər.

Eyni zamanda,Memorandum çərçivəsində tədris, elmi tədqiqat, təcrübə prosesində professor-müəllim heyətinin və tələbələrin birgə iştirakı, universitetlərin tələbə təşkilatları arasında qarşılıqlı əməkdaşlıq və əlaqələrin yaradılması, təcrübə mübadiləsi həyata keçiriləcəkdir.

Anlaşma Memorandumu imzalandıqdan sonra tərəflər bir-birinə xatirə hədiyyələri təqdim edib. Mərasimin ən yaddaqalan anlarından biri Lənkəran sərgisinin açılışı olub.Sərgidə ADMİU tələbələrinin Lənkərana yaradıcılıq səfəri zamanı çəkdikləri rəsm əsərləri sərgilənib. Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin ifasında maraqlı konsert proqramı ilə yekunlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR