Vətən Müharibəsinin 32-ci günü:

Vətən müharibəsinin 32-ci günündə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı rayonları istiqamətlərində davam etdirilirdi. Düşmənin hücum cəhdlərinin qarşısı alınır, düşmən itki verərək geri çəkilirdi.

Metbuat.az xəbər verir ki, Gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd “Osa” ZRK, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-30, 5 ədəd D-20 və 1 ədəd D-44 topu, 2 ədəd 2A36 “Qiasint-B” topu, 1 ədəd 120-mm minaatan, 1 ədəd “Konkurs” tank əleyhinə raket kompleksi və 6 ədəd avtomobil texnikası məhv edilib.

Ermənistan silahlı qüvvələri Tərtər, Ağcabədi, Tovuz, Gədəbəy, Daşkəsən, və Qubadlı rayonlarının ərazisini atəşə tutub.

Oktyabrın 28-də saat 13:00 radələrində Bərdə şəhərinin mərkəzi ərazilərinə raket zərbəsi endirilib və nəticədə 21 nəfər həlak olub, 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi. Mülki əhali arasında xidmət aparan Fövqəladə Hallar Nazirliyinin bir əməkdaşı raket atəşi nəticəsində həlak oldu, bir nəfər isə ağır yaralanıb.

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri saat 14:40-dan etibarən Goranboy və Tərtər rayonlarının ərazisini davamlı olaraq atəşə tutdu. Xüsusən Tərtər rayonu gün ərazində düşmən ordusunun raket hücumlarının hədəfi olub.

Qeyd edək ki, Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 3 dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsində Ermənistanın hərbi təcavüzü nəticəsində ümumilikdə 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb. Bundan başqa, 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

VICE News” da Bərdəyə kasetli raketlər atıldığını təsdiqləyib

Ermənistan etiraf etdi: Azərbaycanın şəhərlərinə hücum edirik

Bərdədə yaşadılan insanlıq dramları müharibə cinayətləri, vandalizm  əməlləridir… Ali Baş Komandanın dediyi kimi, Bərdənin və bərdəlilərin  qisası yerdə qalmayacaq…”-ELDƏNİZ SƏLİMOV – EtikXəbər

Bərdə sakinləri oktybarın 28-də Bərdənin raket düşən ərazisində


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR