Putin qazın "ağzını" açdı, Avropada qaz ucuzlaşdı -

Oktyabrın 27-də Rusiya prezidenti Vladimir Putin “Qazprom”a Avropanın anbarlarına yanacağın vurulmasının həcmini artırmağı tapşırıb. Nəticədə, Hollandiya TTF-nin məlumatına görə, qiymət min kubmetr üçün 1 014,8 dollara düşüb ki, bu da çərşənbə axşamı təxmin edilən qiymətdən (1 061,4 dollar) 4,4 faiz aşağıdır.

Metbuat.az xəbər verir ki, son aylar Avropada enerji qiymətlərində kəskin artım müşahidə olunub. Bir çox Qərb siyasətçiləri Kremli “ Şimal axını 2” layihəsinin işə salınmasını sürətləndirmək üçün qiymətlərlə manipulyasiya etməkdə ittiham edirlər .

Rusiya prezidenti Vladimir Putin Rusiyanın qazdan silah kimi istifadə etməsi ilə bağlı deyilənləri absurd adlandırıb. Moskva dəfələrlə qeyd edib ki, o, avropalı tərəfdaşları qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirir və daha çox qaz satmağa hazırdır.

Gülbəniz Hüseynli / METBUAT.AZ



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR