İrəvan Qarabağda sülhməramlıların uzunmüddət olmasında

Ermənistan Qarabağın "statusu" ilə bağlı yekun qərara qədər Rusiya sülhməramlılarının Dağlıq Qarabağda mövcudluğunun uzadılmasında maraqlıdır.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibinin ofisi məlumat yayıb.

“Təəssüf ki, hazırda təhlükəsizlik baxımından vəziyyət kifayət qədər sabit deyil. Buna görə də, Qarabağın "yekun statusu" məsələsi həll olunana qədər Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı amili əhəmiyyətli olacaq" Ermənistan Təhlükəsizlik Şurasının ofisi belə bildirib. Təhlükəsizlik Şurası Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Qarabağda davam edən təftişləri ilə yanaşı, Rusiyanın “MAQATE İdarə Heyətinin tələb etdiyi addımlara” əməl etməsinə nəzarət etməyi tələb edib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR