“Əgər Azərbaycan Sünik, Sevan və İrəvanın onun əraziləri olduğunu bəyan edərsə, təbii ki, heç bir sülhdən söhbət gedə bilməz".
Metbuat.az xəbər verir ki, bu açıqlamanı erməni politoloq Suren Sarkisyan edib. O jurnalistlərə müsahibəsindən qeyd edib ki, bütün münaqişə tərəfləri sülhün bərqərar olmasını istədikdə sülh yaranır.
Politoloq həqiqətləri də gözardı edərək bildirib ki, Azərbaycan silahlı qüvvələri Ermənistan Respublikasının "suveren" ərazisində qalmağa davam edirsə, onda hansı sülhdən danışmaq olar? Deyəsən Suren Sarkisyanın tarix fənnindən qiyməti iki olub. Ya da bədxah qonşumuz uydurma tarix ssenarilərinə özünü necə qapdırıbsa Qarabağın həqiqi sahiblərinə qayıtdığını deyəcək qədər cəsarətli deyil. Çünki o növbəti açıqlamasında bildirir ki, Qarabağı deyil, Şuşanı və Hadrutu itirdikdən sonra ümumiyyətlə sülh barədə danışmaq mümkün deyil.