Zəngəzurda NƏ BAŞ VERİB? -

Noyabrın 9-da Zəngəzurdakı Qaragöl ətrafında vəziyyət yenə gərginləşib.

Metbuat.az erməni mediasına istinadla xəbər verir ki, Gorus icmasının rəhbərinin müavini Karen Köçəryan bildirib ki, erməni hərbçilər təkcə düşmənin irəliləyişini dayandırmaq deyil, həm də mövqelərini yaxşılaşdıra biliblər.

Bu yalançı "məlumat"lara, ucuz dezinformasiyalara görə, Qaragöl ətrafında azərbaycanlı və erməni hərbçilər arasında dava düşüb.

"Atəş olmayıb. Azərbaycanlılar irəliləməyə çalışdılar, bizim uşaqlar bu hərəkətləri dayandırdılar və mövqelərini yaxşılaşdırdılar" deyə Köçəryan bildirib.

Bəs əslində hadisələr necə baş vermişdi?

Bu barədə "Caliber" yazır ki, Ermənistanın müdafiə nazirinin səfəri 50-yə yaxın erməni hərbçinin Qaragöl gölündə mühasirəyə alınması ilə yadda qalıb.

Özünü səriştəsiz sələflərindən bir növ fərqləndirmək qərarına gələn Ermənistanın hazırkı müdafiə naziri Arşak Karapetyan Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinə Qaragöl gölünə köçməyi və Ermənistan-Azərbaycan dövlət sərhədi yaxınlığında daha əlverişli mövqelər tutmağı tapşırıb.

O, atıcı silahlar və müntəzəm döyüş sursatları ilə təchiz edilmiş 50 nəfər erməni hərbçisinin iki “KamAZ” markalı yük maşını ilə dövlət sərhədi istiqamətində yerləşdirilməsi haqqında sərəncamı şəxsən imzalayıb.

Ermənistan müdafiə nazirinin əmri ilə onlar qısa müddətdə Azərbaycan Ordusunun bölmələrinin postlarını birləşdirən kənd yolunu nəzarətə götürməli olublar. Yolu metal hörgü konstruksiyalarla (qabionlarla) bağlayan erməni hərbçilər Azərbaycan hərbçilərinin mövqeləri ilə arxaya gedən yolu kəsməyə cəhd ediblər. Lakin hərbçilərimizin qəti cavabı ilə üzləşən erməni hərbçiləri geri çəkilməyə məcbur olub.

Yarım saat keçməmiş Azərbaycan Ordusunun xüsusi təyinatlı dəstəsi hadisə yerinə gəlib. Bundan sonra erməni hərbçilər mühasirəyə alınıb. Bundan başqa, arxa cəbhədən əlaqələri kəsilən erməni hərbçiləri 10 dərəcə şaxtada şəxsi heyəti qızdırmaq üçün isti yemək, su və müvafiq vasitələrlə (odun) təmin olunmayıb, çıxılmaz vəziyyətə düşüblər.

Hərbçilərimiz ermənilərdən fərqli olaraq yemək, çadır və istiliklə təmin olunublar. Nəticədə, hər şey ermənilərin əsgərlərimizə onları yedizdirmək və su vermək üçün acınacaqlı xahişləri ilə başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR