WhatsApp-dan MÜHÜM YENİLİKLƏR:

“WhatsApp” messencerinin beta versiyasında yeniliklər artıq istifadəçilərin ixtiyarına verilib.

Metbuat.az xəbər verir ki, bu barədə "WABetaInfo" məlumat yayaraq bildirir ki, messencerdə interfeys yenilənib, silinən mesajlar üçün yeni seçimlər və bəzi digər dəyişikliklər əlavə edilib. Yaxın həftələrdə bu yeniliklər bütün Android cihazlarında əlçatan olacaq.

Qeyd edək ki, bu uzun illər ərzində Android-də messencer interfeysinin ilk yenilənməsidir. Bundan əlavə, messencerdən bir neçə cihazdan istifadə etdikdə, əlaqələndirilmiş cihazların siyahısı hər dəfə yenilənəndə WhatsApp artıq təhlükəsizlik kodunun dəyişdirilməsi bildirişləri göndərməyəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR