Azərbaycan - Qətər oyununun hakimləri bəlli olub

Azərbaycan və Qətər milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri açıqlanıb.

Metbuat.az xəbər verir ki, qarşılaşmanı Litvadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Donatas Rumşasa laynsmanlar qismində Aleksandr Radius və Dovidas Sujiedelis kömək edəcək.

Dördüncü hakim funksiyasını Azərbaycanın FIFA referisi Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan və Qətər milli komandaları arasındakı matç noyabrın 14-də keçiriləcək. Bakı Olimpiya Stadionunda olacaq qarşılaşma saat 21:00 baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR