Azərbaycanın şahmat yığmaları İtaliya və Türkiyə ilə üz-üzə gələcək

Bu gün kişi və qadınlardan ibarət Azərbaycan millisi Sloveniyanın Çatej şəhərində start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

Metbuat.az xəbər verir ki, kişilərdən ibarət komandanın heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Nicat Abasov, qadınlarda isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva çıxış edəcək

Kişilərdən ibarət komanda ilk turda İtaliya ilə, qadınlar isə Türkiyə ilə üz-üzə gələcək. Kapitanlar müvafiq olaraq Eltac Səfərli və Fikrət Sideifzadə olacaq. Kişilərdə 38, qadınlarda isə 30 yığma medallar üçün mübarizə aparacaq. İsveçrə sistemi ilə keçiriləcək çempionatda 9 tur oynanılacaq.

İştirakçılar arasında kişilərdən ibarət Azərbaycan millisi 2717 xalla reytinqdə ikinci, qadınlardan ibarət komanda isə 2383 xalla beşinci pillədədir.

Qeyd edək ki, qitə çempionatı noyabrın 21-də başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR