Dünyanın diqqəti bu görüşə yönəldi: ABŞ-a sərt xəbərdarlıq ediləcək

Çin sədri Si Cinpinin ABŞ prezidenti Co Baydenlə keçirəcəyi ilk görüş zamanı Vaşinqtona Tayvan məsələsində ciddi xəbərdarlıq edəcəyi gözlənilir.

Metbuat.az xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb. Bildirilib ki, Si Cinpin ABŞ-dan Tayvanla bağlı geri addım atmağı tələb edəcək. Bildirilir ki, Çinin Tayvan məsələsində mövqeyi dəyişməyəcək.

Qeyd edək ki, bu gün Si Cinpin və Co Bayden arasında onlayn görüş keçiriləcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR