“Erməni ordusunda çoxsaylı itki var. Azərbaycan ordusu erməni ordusunu 30 dəqiqə içində məhv edib. Bizə çatan məlumata görə 5 tankımız məhv edilib”.

Metbuat.az xəbər verir ki, bu barədə erməni KİV-də məlumat yayılıb. Nəşrlər iddia edir ki, vəziyyət olduqca gərgindir.

“Generallar arasında mübahisə düşüb. Görünür baş verənləri kimlərinsə idarəetməsindədir. Bu isə ordumuzun məhv olmasına səbəb olur” deyə sayt qeyd edib.

Başqa bir KİV-in məlumatına görə, ermənilər çoxsaylı hərbçi itirdiklərini etiraf ediblər.

"Ermənistan ordusu bu gün 10 hərbçisini itirib. Çoxsaylı yaralı var. 6 hərbçi itkin düşüb" deyə məlumatda bildirilib.