Qazaxda ahıl qadını avtomobil vurub

Qazax rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Metbuat.az-ın məlumatına görə, hadisə Qazax şəhərində qeydə alınıb. Qazax rayon sakini, 1948-ci il təvəllüdlü Şəfiqə Qocayevanı avtomobil vurub.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR