“Millimizi Rəşad Sadıqov çalışdırmalıdır” -

Millinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev yığmanın durumundan danışıb.

Metbuat.az xəbər verir ki, sportinfo.az-a açıqlama verən çərçivə qoruyucusu yığmanı Rəşad Sadıqovun çalışdırmalı olduğunu açıqlayıb.

“Şəxsi fikrim belədir ki, yığmanı bu vəziyyətdən çıxara biləcək adam Rəşad Sadıqovdur. Hansı futbolçudan soruşsaz, bu cavabı verəcək. O, ilk növbədə adamdır, adam. Çoxu məşqçi kimi təcrübəsiz olduğunu düşünür.

Təcrübəsi var, niyə yoxdur? Sadıqov komandaya meydanda ölməyin nə demək olduğunu aşılaya biləcək. Udarıq da, uduzarıq da, amma azarkeşlər döyüşkən komandanı canlı görmək üçün stadiona axışacaq. Baş məşqçi dəyişikliyi olsa, çıxış yolu Rəşad Sadıqovu gətirməkdir. Canni de Byazini göndərib, yerinə başqa bir əcnəbini gətirməyin anlamı yoxdur.

Gələcək, yerli mühitə alışmağa, bizi tanımağa, çempionatı izləməyə vaxt itirəcək, yenə həmin şeylər təkrarlanacaq. Bu dediklərim şəxsi fikrimdir. Amma yenədə baş məşqçinin kimliyindən asılı olmayaraq, mən meydanda can qoymaqda davam edəcəm”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR