19 illik arvadının kişi olduğunu öyrəndi - DƏHŞƏT YAŞADI: Evə gələn qız təsadüfən... /

Belçikada 64 yaşlı şəxs 19 ildir evli olduğu həyat yoldaşı barədə dəhşətli fakt öyrənib.

Metbuat.az xəbər verir ki, adı Jan olduğu bildirilən şəxs arvadının evlənməzdən əvvəl kişi olduğunu öyrənib. Bu barədə Belçikanın Nieuwsblad qəzeti yazıb. Məlumata görə, Jan illər əvvəl bacısının yanında işləyən qadınla tanış olub.


Həmin vaxt qadının 29 yaşı var idi. Kişinin isə 45 yaşı olub. İlk görüşdən bir-birinə aşiq olan cütlük evlənməyə qərar verib. Bu Janın ikinci evliliyi olub. Kişi yaxınlıq zamanı qadından şübhələnməyib. O, həyat yoldaşının kişi olduğunu isə evə qonaq gələn qadının əmisi qızından öyrənib. Əmisi qızı bilmədən şübhəli danışıb və həqiqət üzə çıxıb. Tərəflər hələlik boşanmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR