Rüstəm Muradov YENİDƏN geri ÇAĞRILDI -

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Cənub Hərbi Dairəsinin komandanının müavini Rüstəm Muradovu təcili olaraq məzuniyyətdən geri çağırıb.

Metbuat.az "hrparak" nəşrinə istinadən xəbər verir ki, bu gün Muradov tərəflərlə şəxsən danışıqlar aparmaq üçün Ermənistanda olacaq.

Qeyd olunur ki, Muradovun məzuniyyəti dekabrın 5-dək davam etməli idi və onun geri çağırılması Rusiya hakimiyyətinin bu vəziyyətdə yalnız Rüstəm Muradovun sərt danışıqlar apara biləcəyinə inanması ilə əlaqədardır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR