Türkiyə ordusundan PKK-ya SARSIDICI ZƏRBƏ: Təşkilatın "qurucu"su məhv edildi -

Türkiyə ordusunun və Milli Kəşfiyyat Təşkilatının birgə əməliyyatı nəticəsində İraqın şimalında məhv edilən terrorçular arasında PKK təşkilatının “qurucu”larından hesab edilən Ali Heydər Kaytan da olub.


Metbuat.az Trthaber-ə istinadən xəbər verir ki, “Fuad” ləqəbli terrorçu PKK təşkilatında Abdullah Öcalandan sonra ikinci şəxs hesab olunurdu. Məlumata görə, məhv edilən terrorçunun cəsədi gizli formada dəfn olunub. Kaytanın öldüyünü gizlətmək üçün dəfndə iştirak edən qruplaşma üzvləri öldürülüb. Terrorçunun basdırıldığı yeri təkcə qruplaşma liderləri bilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR