Azərbaycan ordusu gəlir, qorxuruq, silah verin -

"Azərbaycan Ordusu Sünikin Anabat (Noravank) kəndinin yaxınlığında qərarlaşıb. Biz qorxuruq, qorunmaq üçün silah istəyirik".

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistanın “Jam” (Zaman) qəzetinə həmin Noravank kəndinin sakinləri məlumat verib. Kəndin cammatı deyib ki, hazırda Azərbaycan ordusu əsas yollardan birinə nəzarəti tam ələ keçirib. Onların sözlərinə görə, 32 il bundan əvvəl onlar azərbaycanlıları bu ərazilərdən çıxarıblar. İndi isə Noravank da onların olacağından çox narahatdırlar. Ermənistan hakimiyyətindən az qala yalvararaq silah istəyən kənd sakinləri çox qorxduqlarını qeyd etməklər bərabər həm də ehtiyac olarsa orduya da kömək edəcəklərini qəzetə müsahibələrində vurğulayıblar.

Qeyd edək ki, Azərbaycan-Ermənistan sərhəddində ermənilərin 16 noyabrda törətdiyi təxribatdan sonra ermənilər Sünikin Anabat kəndinə qədər geri çəkiliblər.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR