Gürcüstanda klub rəhbəri faciəvi şəkildə öldü

Gürcüstanın “Zestafoni” futbol klubunun təsisçisi və biznesmen İliya Kokaya faciəvi şəkildə vəfat edib.

Metbuat.az xəbər verir ki, iş adamı, bu gün Deda Ena zirvəsinə (3449 metr) qalxarkən yıxılaraq başından xəsarət alıb və ölüb.

65 yaşlı İlia Kokaya dostu Levan Muşkudiani ilə birlikdə dağa qalxıb. Dostunun sözlərinə görə, Kokaya sürüşüb, başından ağır xəsarət alıb və nəticədə dünyasını dəyişib. Hazırda Qudauridən hadisənin baş verdiyi dağlara bir qrup xilasedici göndərilib.

Alpinist olan Kokaya 2021-ci ilin payızında Afrikanın ən hündür dağı - Kilimancaro zirvəsinə qalxıb və orada Gürcüstanın bayrağını sancıb.

Biznesmen Qudari dağ-xizək kurortunda otellər şəbəkəsinə, eləcə də ferroərinti zavodunda paya malikdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR