Konfrans Liqası: "Qarabağ"ın iki futbolçusu ilk "3-lük"də yer alıb

UEFA Konfrans Liqasının qrup mərhələsində V turun statistik göstəriciləricilərində "Qarabağ"ın iki üzvü ən çox dəqiq ötürmə verən futbolçuların siyahısına düşüb.

Metbuat.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi Maksim Medvedevlə yarımmüdafiəçi Qara Qarayev Bakıda Kiprin "Omoniya" klubu ilə görüşdə 83 dəqiq ötürmə ilə yadda qalıb. Onlar bu göstəricidə yalnız Danimarka "Randers"inin üzvü Lasse Berqdən (92) geri qalıblar.

Qeyd edək ki, "Qarabağ" - "Omoniya" qarşılaşması 2:2 hesabı ilə yekunlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR