İnternetdə tanış olduğu oğlanla otelə getdi: Otağa girəndə ŞOK YAŞADI - Bahalı hədiyyələr aldığı şəxs... /

Türkiyənin Bursa şəhərində Bahar adlı gənc qız, internetdə onlayn oyun zamanı tanış olduğu şəxslə görüşmək qərarına gəlib.

Metbuat.az xəbər verir ki, tərəflər bir müddət birlikdə vaxt keçiriblər. Görüşlər zamanı qız tanış olduğu oğlana hədiyyələr alıb ona maddi köməklik göstərib.


Ardınca onlar oteldə görüşməyə qərar verib. Lakin qız oteldə gözlənilməz mənzərə ilə qarşılaşıb. Otaqda qızın tanış olduğu oğlanla yanaşı başqa kişilər də olub. Onlar qızın çılpaq fotolarını çəkərək onu şantaj edib. Şübhəlilər bu yolla qızdan 60 min lirə pul alıblar. Məlum olub ki, şübhəlilər dəstə quraraq, qızlardan bu yolla pul alırmışlar. Polis 7 şübhəlini nəzarətə götürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR