16 yaşlı oğlan intihar etdi

Bərdədə yeniyetmə intihar edib.

Metbuat.az-ın məlumatına görə, hadisə rayonun Əmirli kəndində baş verib.

Kənd sakini, 2005-ci il təvəllüdlü Abbasov Rəşad Oktay oğlu valideynləri evdə olmayan zaman özünü yaşadığı evin həyətindəki yarımçıq tikilidən asaraq intihar edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR