Bakıda gecə klubunda qız HAMININ GÖZÜ QARŞISINDA

Bakının Nəsimi rayonu ərazisində gecə klubunda baş verən intihara cəhd hadisəsinin təfərrüatları məlum olub.

Metbuat.az xəbər verir ki, hadisə yerində olan bloger Cəmil Quliyev Baku.ws-ə açıqlamasında bildirib ki, Rəşid Behbudov küçəsində yerləşən “DISCO CLUB” adlı gecə klubuna gedib və orada çəkiliş aparıb.

Özünü xarici vətəndaş kimi təqdim etsə də onu tanıyıblar. Mühafizəçilər blogeri və onunla birlikdə olan şəxsi çölə çıxarıblar. Gənclər də əraziyə polis çağırıblar. Bir müddət sonra içəridə olan qadınlardan biri çölə çıxıb və özünə xəsarət yetirib.

“Bizə obyekt sahibləri müxtəlif təkliflər etdilər. Lakin gördülər ki, biz onlarla razılaşmırıq, həmin qadın çıxdı və bıçaqla özünə xəsarət yetirdi. Ardınca içəridən yataqları yığışdırmağa başladılar.

Bütün bunları əxlaqsızlıq yuvasını işlətmək üçün edirlər. Biz çalışırıq ki, həmin əxlaqsızlıq yuvasını bağlasınlar. Orada yaşayan sakinlər həmin obyektlərdən şikayətlər edirlər”, - deyə Cəmil Quliyev bildirib. Həmin gənclər hadisə ilə bağlı polisə şikayət ediblər.

Qeyd edək ki, sözügedən “DISCO CLUB”un adı əvvəllər “RELAX” idi. Həmin obyekt masaj salonu adı altında əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərib. Həmin obyekt bir neçə dəfə bağlanıb. Daha sonra adı dəyişdirilib.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.

“Görüntülərdən məlumatlıyıq. Həmin ünvanda Nəsimi RPİ əməkdaşları tərəfindən tədbir görülüb. Hazırda araşdırmalar davam etdirilir”, - deyə qurum rəsmisi bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR