UEFA: "Qarabağ" son 25 görüşdə yalnız bir dəfə məğlub oldu

UEFA Konfrans Liqasının rəsmi tviter hesabı növbəti dəfə "Qarabağ" klubu haqqında paylaşım edib.

Metbuat.az xəbər verir ki, yazıda Ağdam təmsilçisinin son 25 görüşdə yalnız bir dəfə məğlub olduğu xatırladılıb.

Qeyd edək ki, "Qarabağ" noyabrın 9-da UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI turunda İsveçrədə "Bazel"in qonağı olacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR