Nazir Mariana Vasilevanın yüksək vəzifəyə təyin olunmasının səbəbini açıqladı -

Gənclər və idman naziri Fərid Qayıbov bədii gimnastika üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Mariana Vasilevanın müavin təyin olunmasının səbəbini açıqlayıb.

Metbuat.az xəbər verir ki, F.Qayıbov bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin rəsmi saytındakı məqaləsində yazıb.

“Noyabrın 29-da Prezident İlham Əliyevin Sərəncamları ilə gənclər və idman nazirinə iki müavini təyin edilib. İdman sahəsi üzrə müavin - Mariana Vasileva - yüksək təcrübəyə malik, peşəkar, nizamlı, məsuliyyətli və nəticəyə köklənmiş bir mütəxəssisdir. Digər müavin – İndira Hacıyeva – gənclər siyasəti sahəsində böyük yol keçmiş və nazirlikdə çalışan peşəkar kadrdır.

Nazirliyin yaxın illər üçün Strategiyası hazırlanır, bu məqsədlə geniş sosioloji tədqiqatın aparılması planlaşdırılır. Nazirlikdə və tabe qurumlarda çalışan mütəxəssilərin bilik və bacarıqlarının artırılması və idarəetmənin təkmilləşdirilməsi məqsədilə çox komponentli layihənin həyata keçirilməsini nəzərdə tuturuq.

Məqsədimiz gənclər və idmanla bağlı bütün səviyyələrdə standartlarımızı və potensialımızı artırmaq, gənclərin inkişafını təmin edənin yeni alətləri yaratmaqdır. Əminəm ki, “gənclərlə və gənclər üçün”, birlikdə və sistemli çalışaraq, qalib xalqın uğurlu gəncliyini görəcəyik”, - nazir bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR