Qanla bağlı inanılmaz reallıq üzə çıxdı: Gənclərdən götürüb yaşlılara köçürdülər... - ŞOK NƏTİCƏ

ABŞ-ın Pittsburq universitetinin elm adamları qan ilə bağlı inanılmaz araşdırma aparıblar.

Metbuat.az xəbər verir ki, alimlər gənc siçanlardan götürülən qanı yaşlı siçanlara tətbiq ediblər. Məlum olub ki, yaşlı siçanların bəzi orqanizmləri gənc siçanların qanını qəbul edəndən sonra yenilənməyə başlayıb. Bildirilir ki, yaşlı siçanlarda hüceyrələr, əzələ və toxumalar özlərini yeniləyərək sanki “gəncləşiblər”. Araşdırmaların nəticəsi “Nature” elmi jurnalında yayımlanıb. Bildirilir ki, bu, insanlar üzərində də oxşar nəticəni verəcəyini deməyə əsas vermir.

Bunun insanlar üzərində sınaqdan keçirilib-keçirilməyəcəyi məlum deyil. Lakin, elm adamları hesab edir ki, yaşlı insanların orqanizmlərinin ömrünü uzatmaq üçün lazım olan toxumaları laboratoriya şəraitində hazırlamaq olar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR