DİN metroda ölən müəllimin cibindən oğurluq edilməsinə dair iddialara münasibət bildirib

Metroda ürəktutmasından vəfat edən Əhməd Babayevin cibindən pul oğurlanması ilə bağlı iddialar Metropolitendə Polis Şöbəsində araşdırılıb.

Metbuat.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, iddia var idi ki, vəfat edən şəxsin üzərində qovluq olub və bu qovluqda müvafiq sənədlər olub.

“Müəyyən olundu ki, həmin şəxs metroya daxil olan zaman üzərində nəinki qovluq, daşıdığı heç bir əşya olmayıb. Hərəkət üzrə bütün kameralara baxış keçirilib. Əgər həmin şəxsin qohumları aparılan araşdırmadan narahatlığı varsa, metro polisinə müraciət edə bilər”, - o vurğulayıb.

Qeyd edək ki, Əhməd Babayev BDU-nun müəllimi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR