Ayxan Abbasov: "Mən baş məşqçi olaraq günahkaram"

"Bəlkə də məşqçilik dövründə ən çətin mətbuat konfransına gəlmişəm. Çünki deməyə bir sözüm yoxdur".

Metbuat.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Keşlə"yə 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın XIV tur matçından sonra mətbuat konfransında deyib:

"Xeyli qol epizodu yaratsaq da, istifadə edə bilmədik. Uğursuzluqdan hər kəs günahkardı. Mən baş məşqçi olaraq günahkaram, güvəndiyimiz futbolçular da öz sahələrində. Qış fasiləsinə gedirik. Bu duruma düşmüşüksə, səhvlərimizi analiz edərək, vəziyyətdən çıxmaq lazımdır. Hər bir komandada belə hallar yaşana bilər. Bu gün rəqib bizdən istəkli idi. Ola bilər ki, epizodların qolla nəticələnməməsi oyunçulara mənfi təsir etdi".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR