"Sabah" "Səbail"i məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, "Sabah" klubu səfərdə "Səbail"lə qarşılaşıb.

"ASCO Arena"dakı görüş Murad Musayevin baş məşqçi olduğu komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra xallarını 17-yə çatdıran "Sabah" ili 5-ci pillədə başa vurub. 10 xalı olan "Səbail" isə sonuncudur.

Tura bu gün oynanılacaq "Qarabağ" - "Zirə" matçı ilə yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR