Zamiq Hüseynov yeni klipini təqdim etdi: “Əvəzsizim” -

Müğənni Zamiq Hüseynov “Əvəzsizim” adlı mahnıya çəkdirdiyi klipini tamaşaçılara təqdim edib.

Metbuat.az xəbər verir ki, süjet xətti iki gəncin isti sevgi münasibətindən bəhs edən ekran işi Quba şəhərində lentə alınıb. Bəstənin sözləri Orxan Qarabasmaya, aranjimanı Samir Şirinova, musiqisi isə Zamiqin özünə məxsusdur.

Zamiq bu dəfə klipinin rejissorluğunu Emin Muradova həvalə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR