"Qarabağ" xorvatiyalı referiyə görə 625 min avro itirib

"Qarabağ"ın İsveçrədə "Bazel"in qapısına vurduğu qolu saymayan xorvatiyalı referi Fran Yoviç və köməkçisi Hrvoye Radiç Ağdam klubunu təkcə 1/8 final mərhələsinə birbaşa vəsiqədən məhrum etməyib.

Metbuat.az-ın məlumatına görə, 37 yaşlı baş hakim həm də "köhlən atlar"ın UEFA-dan daha çox gəlir əldə etməsinin qarşısını alıb.

Azərbaycan təmsilçisi qrupdan çıxdığı və pley-offa yüksəldiyi üçün ümumilikdə 625 000 avro vəsait alacaq. Bu məbləğin 320 000 avrosu qrup ikinciliyinə, 300 0000 avrosu isə pley-offa vəsiqə üçün veriləcək. Komanda qrup birincisi kimi 1/8 finala çıxsaydı, bu məbləğin 2 qatını, yəni, 1 250 000 avro qazanacaqdı. Bu isə o deməkdir ki, "Qarabağ" Yoviçə görə 625 000 avro pul itirib.

Qeyd edək ki, "Bazel" - "Qarabağ" görüşündə "köhlən atlar"ın yarımmüdafiəçisi Abdullah Zubirin vurduğu top qapı xəttini keçsə də, Fran Yoviç qolu qeydə almayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR