Türkiyənin güclü zirehə malik yeni hərbi texnikası hazırdır: Həm quruda həm də suda hərəkət edir -

Türkiyənin istehsal etdiyi Zaha zirehli texnikasının testləri davam edir.

Metbuat.az xəbər verir ki, Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmirin sözlərinə görə, amfibiya texnikası mina və ballistik olmaqla bir sıra testlərdən uğurla keçib. Həm suda həm quruda hərəkət edə bilən texnika saatda 70 kilometr sürətlə hərəkət edə bilir. Zirehli texnika heyət üzvlərini daşıya və düşmən hədəflərinə atəş aça bilir. Möhkəm zirehi ilə seçilən texnika uzaqdan idarə edilə bilən atəş sisteminə malikdir.

Qeyd edək ki, bu növ texnikanı dünyada cəmi 3 ölkə istehsal edə bilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR