Bakıda tuneldə ağır qəza BAŞ VERDİ -

Bakının Nəsimi rayonunda üç avtomobil toqquşub, bir nəfər xəsarət alıb.

Metbuat.az APA-ya isitinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektindəki tuneldə qeydə alınıb.

1992-ci il təvəllüdlü Atabəy Ramazanlı yüksək sürətlə idarə etdiyi “Chevrolet” markalı avtomobillə “Mercedes” markalı avtomobilə çırpılıb. İdarəetmədən çıxan nəqliyyat vasitəsi daha sonra “Kia” markalı maşına çırpılıb. Zərbənin gücündən “Chevrolet” beton divara da dəyib. Qəza nəticəsində A.Ramazanlı ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Polis təhlükəsizlik məqsədilə tunelin Qələbə dairəsi istiqamətinə olan hissəsini bağlayıb. Qəzaya uğrayan avtomobillər evakuator vasitəsi ilə ərazidən uzaqlaşdırılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR