İtaliya "İnter"i futbolçusu Kristian Eriksenlə yollarını ayırıb.

Metbuat.az xəbərr verir ki, bu barədə klub özü məlumat yayıb. Bildirilir ki, danimarkalı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, iyunun 12-də Danimarkanın Finlandiyaya 0:1 hesabı ilə uduzduğu Avropa çempionatının qrup mərhələsinin I tur oyunu zamanı Kristian Eriksenin ürəyi tutub. Bundan sonra təcrübəli yarımmüdafiəçinin ürəyində kardioverter-defibrillyator quraşdırılıb. O vaxtdan Eriksen rəsmi matçlarda bir daha meydana çıxmayıb.