Aşıq Ələsgərin heykəlinin hazırlanması üçün müsabiqə elan edilib

Mədəniyyət Nazirliyi Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidəsinin eskiz-layihələrinin hazırlanması üçün heykəltəraşlar arasında açıq müsabiqə elan edib.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, müsabiqə 15 mart 2022-ci il tarixinədək davam edəcək.

Eskiz layihələr Mədəniyyət Nazirliyinin “Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası”nın üzvləri tərəfindən qiymətləndiriləcək. Layihələrin müzakirəsi qapalı şəraitdə keçiriləcək.

Müsabiqənin qalibi barədə məlumatlar əsas mərhələ başa çatdıqdan 15 gün sonra 30 mart 2022-ci il tarixində Mədəniyyət Nazirliyinin rəsmi saytında (culture.gov.az) yayımlanacaq. İkinci və üçüncü yeri tutan müəlliflərə müvafiq olaraq 2000 manat və 1000 manat məbləğində pul mükafatı təqdim ediləcək.

Qeyd edək ki, müsabiqə “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsinə dair Tədbirlər Planı” çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2021-ci il tarixli “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə həyata keçirilir.

Müsabiqə şərtləri

Qeydiyyat forması



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR