Nənə televizora baxarkən ŞOK YAŞADI: Nəhəng canlı sürətlə evə girib hamını qorxuya saldı -

Tailandda evdə baş verən qorxulu hadisə müşahidə kamerası tərəfindən lentə alınıb.

Metbuat.az xəbər verir ki, ailə üzvləri evdə olarkən uzunluğu 1 metr yarım olan nəhəng kərtənkələ evə girib. Bu zaman ailə üzvləri böyük həyəcan yaşayıb. Kərtənkələ televizor izləyən yaşlı qadının ayaqlarının yanından keçərək, digər otaqlara şığıyıb. Kərtənkələni ayaqlarının yanında görən nənə uzun müddət özünə gəlməyib. Bir müddət evdə gəzən kərtənkələ ardınca həyətə çıxıb.

Hadisə zamanı xəsarət alan olmayıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR