Bakıda döyülən məmur: "Başımdan bellə vurdu"

Bakıda döyülən məmur: "Başımdan bellə vurdu"
10:41 30 May 2015
141 Ölkə
Ölkə mətbuatı
A- A+

May ayının 28-də Bakının Sabunçu rayonu, Bülbülə qəsəbəsi bələdiyyəsinin sədri və əməkdaşı döyülüb. Sabunçu rayon Polis İdarəsi 31-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Bülbülə qəsəbə Bələdiyyəsinin sədri, 1960-cı il təvəllüdlü Natiq Müseyib oğlu Həsənovu və bələdiyyədə mühəndis işləyən 1984-cü il təvəllüdlü Samir Valeh oğlu Əliyevi döyülmələrilə bağlı şikayət ediblər. Onlar bildiriblər ki, qəsəbə sakini, 1970-ci il təvəllüdlü Araz Əli oğlu Həsənov tərəfindən döyülüblər.

Hadisəni törədən şəxsi saxlayıblar. Araşdırmalar zamanı məlum olub ki, hadisə yer üstündə baş verib.

Döyülən bələdiyyə sədri Natiq Həsənovla əlaqə saxladıq. Sədr ANS PRESS-ə açıqlamasında döyüldüyünü təsdiqlədi. O, bildirdi ki, Araz Həsəov Bülbülə qəsəəsində böyük bir ərazini qeyri-qanuni şəkildə zəbt edib. Həmin ərazi neft sahəsinə düşdüyü üçün onu boşaltmaq lazım olub. Bələdiyyə sədri də bunun üstündə Araz Həsənovla mübahisə edib.

"Araz Həsənov bizi bel, taxta parçaları ilə vurdu. Daha sonra mənim başımdan, Samir Əliyevin gözündən yumruqla vurdu. Hər ikimizi döydü. Bununla bağlı polisə şikayət də etmişik", - deyə Natiq Həsənov bildirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=347829

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR