Ərzaq bahalaşması artan əmək haqlarını

Hələ ötən ildən başlayan bahalaşma yeni ilin ilk günlərində də sürətlə davam edir. Artırılan əmək haqqı yüksək qiymətlərə sözün əsl mənasında “yem”dir.

Metbuat.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli məsələ haqqında Modern.az-a danışarkən nominal gəlirlərin cəmi 2% artdığını deyib:

"Azərbaycanda son 5 ildə ilk dəfədir ki, ərzaq inflyasiyası 2 rəqəmli həddə çatıb. Bu, ölkədə kifayət qədər ciddi problemlər yaradır. Vətəndaşların real gəlirləri azalıb. 2021-ci ilin rəsmi nəticələrinə görə nominal gəlirlər 2% artmışdı. Ərzaq inflyasiyasının 15%-ə yaxınlaşması onu göstərir ki, Azərbaycanda real gəlirlər azalıb, əhalinin dolanışığı çətinləşib. İndi sosial paketlər qəbul olunub sosial müavinətlərin artırılması gözlənilir. Amma inflyasiya ilə mübarizə aparılmasa, qiymət artımının qarşısını alan tədbirlər görülməsə, artımlar real gəlirlərə təsir etməyəcək”.

“Hökümətin də əlində olan ən effektiv inflyasiya aləti istehsalçılar və vətəndaşlar üçün kommunal xidmətlərin qiymətinin aşağı salınması ola bilər. Təəssüf ki, yaxın gələcəkdə bununla bağlı qərarların alınması çətin görünür. İkinci alət vergi dərəcələrini və gömrük rüsumlarını aşağı salmaqla ölkədə istehsal olunmayan ərzaq məhsullarının ucuzlaşmasına şərait yaradılmalıdır. Ən azından qiymətlərin qalxmaması üçün bir şey etmək olar" , - deyə ekspert bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR