Ötən il öldürülən jurnalistlərin sayı 40-ı ötüb

2021-ci ildə 45 jurnalist öldürülüb.

Metbuat.az xəbər verir ki, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığı illik hesabata görə, həlak olan jurnalistlərdən 33-ü hədəflənmiş hücumlarla qətlə yetirilib.

Ölənlərin sayı Əfqanıstanda doqquz nəfəri əhatə edir ki, bu da Əfqanıstanı jurnalistlər üçün ən təhlükəli ölkə edib. Bundan başqa, 8 nəfər Meksikada, 4 nəfər Hindistanda və 3 nəfər Pakistanda ölüb.

Qeyd edək ki, bununla da 1991-ci ildən sonra qətlə yetirilən jurnalistlərin sayı 2 721 nəfərə çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR