Sabah KTMT dövlət başçılarının onlayn görüşü keçiriləcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderlərinin videokonfransı ilkin olaraq bazar ertəsinə planlaşdırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. "Sabah KTMT-nin ilkin iclasının keçirilməsi planlaşdırılır", - deyə məlumatda qeyd olunur.

Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan Vladimir Putinlə telefon danışığında bildirmişdi ki, İrəvan təşkilatın sədri kimi KTMT-nin iclasını çağırır. Bu təkliflə daha əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR