Plan iflasa uğradı: Rusiyaya böyük ŞOK -

Finlandiya və İsveç NATO-ya qoşulmağa yaxındır.

Metbuat.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb. Bildirilir ki, prezident Vladimir Putinin təhdidlərinə baxmayaraq, bu ölkələr hərbi alyansa üzv olmağa çox yaxındır. Xəbərə görə, İsveçin Baş naziri Maqdalena Andersson NATO-nun Baş katibi Yens Stoltenberqlə bu məsələni müzakirə edib. Finlandiya prezidenti Sauli Ninistö də ölkəsinin NATO-ya qoşulmasını istisna etməyib. Bildirilir ki, İsveçdə NATO-ya qoşulmaq istəyənlərin faizi 46-ya yüksəlib. Ötən illərdə bu göstərici 17 idi.

Ekspertlər hesab edir ki, Rusiyanın regiondakı həmlələri qonşu ölkələrin NATO-ya üzv olmaq planlarını önə çəkib. Rusiya ilə qonşu Finlandiyanın NATO-ya üzv olması Moskva üçün ən pis ssenarilərdən biridir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR