Türk Dövlətləri Təşkilatı Qazaxıstana dair iclas keçirəcək

Türk Dövlətləri Təşkilatına (TDT) müddətli sədrlik edən Türkiyənin təklifi ilə TDT Xarici İşlər Nazirləri Şurasının təşkilata üzv və müşahidəçi ölkələrin iştirakı ilə növbədənkənariclası baş tutacaq.

Metbuat.az xəbər verir ki, bu haqda Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. İclasın yanvarın 11-də keçiriləcəyi qeyd olunub.

Sabah video-konfrans formatında keçiriləcək iclasda hazırda Qazaxıstanda baş verən hadisələr müzakirə ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR